Məşhur aktrisa izləyicisinə sərt reaksiya verdi

13 Sentyabr 2023 08:44 (UTC+04:00)

Bir müddətdir ekranlarda görünməyən məşhur türkiyəli aktrisa Aslıhan Gürbüz İnstaqram hesabında iti ilə çəkdirdiyi şəkilləri paylaşıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, Gürbüzün paylaşımına şərh yazan istifadəçi "Evlənməlisən, iki övladın olsun. Özünü pişik-itlə aldatmamalısan" yazıb.

İzləyicisinin şərhinə əsəbiləşən aktrisa ona "susmalı və bu hesabdan getməlisən” cavabını verib.