İngiltərəli aktrisa “Vogue” jurnalının üz qabığında - FOTOLAR

13 Sentyabr 2023 06:13 (UTC+04:00)

İngiltərəli aktrisa Keyt Uinslet “Vogue” jurnalının oktyabr sayının üz qabığına çəkilib. SİA xəbər verir ki, fotosessiya və müsahibə aktrisanın iştirakı ilə çəkilən “Li” filminin təqdimatı ərəfəsində edillib.

K.Uinslet filmi “bütün həyatının layihəsi” adlandırıb. “Li” 8 il ərzində çəkilib.

“Filmin yaradılması prosesi ən fenomenal mübarizə idi”, - Keyt deyib.