Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilov şəxsi həyatı haqda açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, Eşqin Cəlilov sosial media hesabında bu sözləri qeyd edib: "Keçmiş həyatımla bağlı hər birinizdən xahiş edirəm, bu söhbət bitib. Allah hər kəsi xoşbəxt eləsin. Bu mövzunu unudaq. Çünki həyatımda insan var və mən xoşbəxtəm".