Günel Ravilovanın fərdi sərgisi keçiriləcək

12 Sentyabr 2023 20:48 (UTC+04:00)

Bakıdakı Rus evində Günel Ravilovanın “Mənim həyatım” adlı fərdi sərgisi keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, sərgi sentyabrın 15-də saat 19:00-da açılacaq.

Tamaşaçıların diqqətinə təqribən 40 rəsm işi təqdim olunacaq. Burada "sürrealist görünüş anları - adi süjetə qeyri-ənənəvi yanaşma mövcuddur. Rəsm əsərlərində müəllifin gözü ilə tamaşaçıya dünyanı göstərən inandırıcı mənzərələr var", - mətbuat xidmətinin məlumatında qeyd olunur.

Günel Ravilova 2011-ci ildən Azərbaycanın Rəssamlar İttifaqının üzvüdür.

Bütün maraqlanan şəxslər sərgini ziyarət edə bilər.