Bella Hadid qeyri-adi görünüşdə reklama çəkildi - FOTOLAR

12 Sentyabr 2023 16:56 (UTC+04:00)

Məşhur xarici sima Bella Hadid "Heaven by Marc Jacobs"un reklam kampaniyasında qeyri-adi görünüşdə çəkilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kadrlarda o, keçəl başı olan robot obrazında olub.

Bəzi fotolarda Hadid futuristik zirehləri xatırladan gümüşü alt paltarında, digərlərində isə çəhrayı rəngli top, cins mini ətək və yüksək platforma çəkmələrdə poza verib.