“Göz sağlamlığını pozan vərdişlərin içərisində ən birincisi gözü davamlı və sərt şəkildə ovmaqdır. Xüsusilə də uşaqlar arasında bu hallara çox rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur deyib.
Onun sözlərinə görə, gözü daimi olaraq ovmaq sonrakı müddət ağır göz xəstəliklərinin yaranmasına səbəb olur: “Günəşli havalarda mütləq şəkildə gün eynəyi vasitəsilə gözləri ultrabənövşəyi şüalardan qorumaq lazımdır. Eyni zamanda qar yağdıqda, hər yer düm ağ olduqda da mütləq şəkildə gün eynəklərindən istifadə olunmalıdır.
Uzanılı vəziyyətdə və nisbi qaranlıq otaqda mütaliə etmək düzgün deyil. Bu görmə orqanı üçün çox zərərlidir. Nəsildə göz xəstəlikləri olan şəxslər isə mütləq şəkildə vaxtaşarı olaraq müayinədən keçməlidirlər”.