Vəli VƏLİYEV
Hər kəs əməlinə görə qiymətləndirilir. Əgər mənfi xarakteri müsbət, yaxud tərsinə yazsan ortaya qərəz çıxacaq. Gərək hər şeyi olduğu kimi deyəsən. Əks halda daim lənətlənəcəksən, Bob Menendez kimi.
Gəlin əvvəlcə bu senatorun kim olduğunu araşdıraq. Bob Robert Menendez kimdir? Azərbaycan və Türkiyə düşməni olan pedofil senator qeyri-adi hərəkətləri, diplomatik ciddiliyə sığmayan rəftarları ilə “Süngər Bob” kimi tanınır. Senator Bob Robert Menendez ABŞ torpaqlarında Azərbaycanın və Türkiyənin and içmiş düşmənlərindən biridir.
ABŞ Konqresində Azərbaycan və Türkiyə əleyhinə olan yunan və erməni lobbilərinin sözçüsü olan demokrat Bob Menendez Bakıya və Ankaraya qarşı düşmən addımları ilə tanınır. 1954-cü il yanvarın 1-də Nyu-Yorkda anadan olan Menendez 1979-cu ildə Rutgers Universitetinin Hüquq fakültəsini bitirib, bir müddət hüquqşünas kimi çalışıb və 1993-cü ildə Nümayəndələr Palatasına daxil olub. 13 il bu vəzifədə çalışan Menendez 2006-cı ildə Demokrat Partiyasının kvotasından Nyu Cersi senatoru seçilib və ABŞ Konqresində vəzifəsinə başlayıb. Menendez təxminən eyni vaxtda birinci arvadı Jane Menendezdən boşanıb.
“Qaranlıq” təşkilatlardan maliyyə aldığı iddia edilən Menendez Barak Obama dövründə Senatda Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu dövrdə adı bir sıra korrupsiya işlərində hallanan Menendez onu araşdıran FTB-yə qarşı kampaniya aparıb və maraqlıdır ki, bundan sonra ona qarşı yığılmış kompromatlar, dəlillər “itirilib” və o, siyasi karyerasına davam edib.
Menendes 2010-cu ildə diplomat Metyu Brayzanın ABŞ-ın Bakıdakı səfiri olmasına mane olan şəxs olub. Buna səbəb Brayzanın türk əsilli Zeyno Baranla evli olması olub. Həyat yoldaşı türk olan birinin Azərbaycanda Ermənistana qarşı daha fəal mövqe tutacağından qorxan Menendez türklərə qarşı irqçi münasibətinin ilk işarəsini o zaman verdi.
2015-2017-ci illər arasında "pedofiliya" ilə dərdləşən Menendesi bu araşdırmadan onu qoruyan sirli əllər xilas edib. Şahidlərin ifadələrinə görə, Menendez Floridadan olan oftalmoloq Salomon Melgenin ABŞ-dan Dominikan Respublikasındakı villasına şəxsi təyyarələrlə apardığı azyaşlı fahişələrlə cinsi əlaqədə olub və yaxın dostu Melgenlə belə “dəli” məclislərinə qatılıb.
Dominikan Respublikasında bəzi narkotik tacirləri ilə də əlaqəsi olduğu aşkarlanan Menendezin ABŞ Senatındakı vəzifə və səlahiyyətindən mafiyanı qorumaq üçün istifadə etdiyi iddia edilib. Türkiyəyə “İrandan neft ala bilməzsiniz” mesajını verməkdə cəsarət tapan və 2019-cu ildə prezident Ərdoğanı təhdid etməkdən çəkinməyən Menendez Amerikanın Düşmənlərinə Qarşı Sanksiyaların İcrası Qanununun (CAATSA) yorulmaz müdafiəçilərindən biri oldu.
Donald Tramp dövründə Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə düşmən addımlarını sürətləndirən Menendez müdafiə sənayesi və Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiqi prosesinin memarları arasında idi.
Əsas məsələ, Bob Menendezin ikinci həyat yoldaşı, erməni əsilli Nadin Arslanyandır
“Pedofil” Menendez 2020-ci ildə ABŞ-dakı erməni diasporunun aksiyasında tanış olduğu Nadin Arslanyanla ailə həyatı qurub. Erməni əsilli Arslanyanla evləndikdən sonra Türkiyəyə nifrətini daha da artıran Menendez hazırladığı qanun layihəsində Türkiyəyə pulu ödənilən, lakin göndərilməyən F-35 döyüş təyyarələrinin Yunanıstana verilməsini müdafiə edib. Sadiq FETÖ tərəfdarı olduğu da ifadə edilən Menendez, müdafiə etdiyi subyektiv siyasətləri ilə diplomatik ciddiliyi baltaladığı üçün Türkiyə ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən “Süngər Bob” kimi xatırlanır.
Keçək Azərbaycanla bağlı Menendezi dediklərinə. “Azərbaycanın blokadasında soyqırım əlamətləri var” deyən Bob Menendez Senatın iclasında “hərbi cinayətlərə və etnik təmizləməyə görə” Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Menendes Qarabağda guya acından ölən “qurban”ın fotoşəkillərini təqdim edib və Azərbaycanın “Qarabağ ermənilərinə qarşı soyqırımı” törətdiyini vurğulayıb. Türk düşməni əlavə edib ki, “Azərbaycan “Artsax” ermənilərinə qarşı soyqırımın bütün əlamətlərinə malik olan dəhşətli zorakılıq kampaniyası aparır. Onlar məqsədyönlü və qərəzli şəkildə Qarabağ dağlarında 120 minə yaxın xristian erməninin qarşısını kəsiblər... Azərbaycan hakimiyyəti bu insanları acından öldürməyə çalışır, onları ölməyə və ya siyasi tabeçiliyə məcbur edir”.
Senator bir az daha dərinə gedərək, “son 9 ayda Qarabağda yaranmış ağır humanitar vəziyyət səbəbindən qidalanmadan ölənlərin sayı artıb”, deyə Senat üzvlərini də aldadıb. Diqqət edin, Metyu Brayzanın Azərbaycana səfir göndərə bilməməyin səbəbi kimi onun həyat yoldaşının türk olduğunu əsas gətirən Menendez özünün arvadının erməni olduğunu xatırlatmır. Düzdür, bir senatorun həyat yoldaşının hansı millətə aid olmasının bir sıxıntısı olmazdı, əgər Menendez kimi, arvadı erməni ola və özü də Senatda ermənilərin, Ermənistanın təəssübkeşi kimi çıxış edə, bu, artıq biabırçılıqdır. Brayzaya qadağa qoyan senator, özü o qadağaları saya salmır.
Menendez böhtan kampaniyası aparmaqdan da çəkinmir. O, “hazırda ABŞ uğursuzluğa düçar olur. ABŞ humanitar ehtiyacları ödəmir və etnik təmizləmə kampaniyasını dayandırmaq üçün Əliyevə yetərincə ictimai təzyiq göstərmir”, - deyib. Menendez ABŞ prezidenti Co Bayden administrasiyasını Azərbaycana bütün təhlükəsizlik yardımını dayandırmağa çağırıb. Menendez yanaşmanın dəyişdirilməsinə və təkcə Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməyə deyil, həm də tərəflər arasında sazişin bağlanmasında vasitəçi kimi çıxış etməyə çağırıb. "Mən əminəm ki, Birləşmiş Ştatlar bu münaqişənin həllində fəal rol oynaya bilər və oynamalıdır" deyib.
Senator Aİ-yə də “ağıl dərsi” keçməyi unutmayıb: “Aİ də bu vəziyyəti həll etmək üçün addımlar atmalıdır. Aİ Azərbaycanı “energetika sektorunda mühüm tərəfdaş” kimi təqdim etmək əvəzinə, blokadaya son qoymaq üçün təzyiq göstərməlidir”.
Bob Menendezin təxribatçı olduğunu hər kəs bilir. Həyat yoldaşını erməni əsilli, katibə-məsləhətçi Nadin Arslanyana dəyişəndən sonra “qoca tülkü”nün türk düşmənçiliyi bir az da artıb. Bu hirs, hikkə senatorun özünü partlatmasa yaxşıdır. Bir də ki, qadın çox böyük qüvvədir, çox...