Şərəf amilindən uzaq olan bədnam məxluqlar… KÖŞƏ

12 Sentyabr 2023 16:02 (UTC+04:00)

Ölkədə baş verən istənilən ən kiçik hadisəyə, hətta məişət olayına belə, siyasi don geyindirmək AXCP sədri kimi tanınan bədnam məxluq Əli Kərimlinin köhnə şakərlərindəndir. Ona görə köhnə şakərlərindəndir ki, bu fərd "siyasi fəaliyyətini" məhz bu kimi məsələlər üzərində quraraq, şəxsi dividentlərini güdür. Və əlbəttə ki, belə vasitələrlə xalqın, millətin qarşısında hər hansı bir siyasi uğur qazanmaq ümumiyyətlə, qeyri-mümkündür. Və bunu dərk edə biləsən. Əli Kərimli bunu dərk edirmi? Bir də, dərk etmək üçün düşünən baş olmalıdır, o baş da onda yoxdur. Bax, reallıq budur. Çünki Əli Kərimli kimilərdə normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Və buna görə də belə məxluqlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətçiliyə müxalifətdir. Ancaq burada Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və sairə bu kimi satqın, xain, xalqa düşmən olan bu məxluqlar «ilana ağı verən kərtənkələdir». Bunlara da ağılı verən Ə.Kərimlidir. Ancaq bu satqın hələ də bu 28 il ərzində anlamayıb ki, məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu, sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Əslində, bu gün bu ünsürlərin hər biri Avropadakı küt baltalardır... sapları da çürükdür. Və bu ölkədə yaşamağa haqqı olmayan satqın kadrosunun başçısı Əli Kərimli, «ağsaqqallığını» ayaq altına atan «Milli Şura»nın sədri Cəmil Həsənli, şərəf amilindən uzaq olan rəzil qadın Gültəkin Hacıbəyli, vətənini, dövlətini, hətta ailəsini belə satan mənəviyyatsız Sevinc Osmaqızı, Qənimət Zahid, Vidadi İskəndərli və digər xəyanət simptomları cəmiyyətdən təcrid etməlidir.

Ən gülünc doğuran da odur ki, şərəf amilindən bixəbər olan bu xəyanətkarlar öz satqınçılıqları ilə bir-birilərinə «tərif» yağdırırlar. Əgər oxucularımızın yadındadırsa, vaxtilə AXCP sədrinin birinci müavini rəhmətlik Gözəl Bayramlı AXCP sədrini tərifləyib onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rəhmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi cəbhəçilər tərəfindən necə daş-qalağa tutmuşdular, yazıq elə o oturan oldu yerində. Ən gülünc doğuranı o idi ki, AXCP funksioneri Nurəddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibtə edirdi..."

Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasızlığın son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" cızma-qaranı gözünün qabağına gətirəydin. Adı çəkilənlərin hamısı siyasətdə, elmdə uğur qazanmış, bütün dünyanın tanıdığı şəxslərdir. Bəs, Əli Kərimli kimdir? Sənin kimi, Əli Kərimli də xəyanət, qisaslar, intriqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub. Bu yerdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin C.Həsənli ilə bağlı dediyi sözlər yadıma düşür: «Mən Cəmil Həsənlinin qanı da erməni qanıdır dedikdə, o da qayıdıb dedi ki, mən bir xristianı müsəlman etmişəm. Və belə olan halda Cəmil Həsənli erməniləri müdafiə etməyə məcburdur. Ona görə də, xaricdə mülklər, bağ evləri və villalar alırlar. Yəni, yaşayışlarını orada qururlar. Bu baxımdan, mən dəfələrlə təklif etmişəm, tələb etmişəm ki, belə adamlar Azərbaycandan deportasiya olunsunlar".

Bax, budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli-C.Həsənli kimi antimilli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir. Çünki Azərbaycan artıq dünya birliyində demokratik prinsiplərin inkişafına önəm verən, müstəqil siyasət yeridən dövlət kimi tanınır. Və bu gün anlamaq lazımdır ki, bu ölkənin qanunlarını pozduqlarının bədəli ağırdır. Çünki qanun hamıyı şamil edilir – əxlaqlıya da, əxlaqsıza da, siyasətçiyə də, sadə vətəndaşa da. Və bu gün özünü tərəfsiz, "xalq fədaisi” kimi Azərbaycan cəmiyyətinə sırımaq istəyən bu şərəfsiz məxluqlara bir ad axtarmaq üçün axtarışa çıxsam da tapdığım söz insan yox, İBLİS oldu. Xüsusilə də, Sevinc Osmanqızının dediyi hər bir sözü dövlətimizə, Vətənimizə, xalqımıza qarşı yönələn düşmənçilikdir. Sevinc Osmanqızı «Sarkisyan belə etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar» - deyirsə, bu iblis və onun kimilər - orduxanlar, fəxrəddinlər, vidadilər bu ünsürlər erməni təəssübkeşləri bunu anlamır ki, gec-tez xalqın qarşısında ən ağır cəzalarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!

RƏFİQƏ