Dr.Eldəniz Hüseynov təqdimatla çıxış edəcək

12 Sentyabr 2023 10:52 (UTC+04:00)

16 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda Elmi Konfransda Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Kardiak MRT nələr vəd edir?” adlı təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

• Konfransda iştirak ödənişsizdir!

• Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

• Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/09/proqram-16.jpg

• Qeydiyyat linki: https://forms.gle/fDoX2xG3xA67Nevj8