Portuqaliyanın Anadiya şəhərinin küçələri şərab zavodunda baş verən qəza nəticəsində şərab çayına çevrilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə sentyabrın 11-də Radio Renasceca radiostansiyası məlumat yayıb.
Beləliklə, Portuqaliyada “Destilaria Levira” şərab zavodunda qəza baş verib və qəza nəticəsində şərab dolu iki çən partlayıb.
Qeyd edək ki, hadisə sentyabrın 10-da baş verib. Nəticədə yüzlərlə litr şərab Anadiya şəhərinin küçələrinə tökülüb və bu, hətta bəzi evlərin su,..üzr istəyirəm, bu dəfə şərab basmasına səbəb olub.
Qeyd olunur ki, şərabçılar yerli çayı ekoloji fəlakətdən xilas etmək üçün 2,2 milyon litr şərabın böyük hissəsini toplayıb çirkab sutəmizləyici qurğuya göndərə biliblər.
Şərab çənlərinin dağıdılmasının səbəbi hələ ki, məlum deyil.
Maraqlıdır ki, “Destilaria Levira” şirkəti dəymiş maddi ziyana görə məsuliyyəti öz üzərinə götürməyib.
Nazlı