Yeyib yatmayın...

12 Sentyabr 2023 00:16 (UTC+04:00)

...Gərək ki, “yeyib yatmayın” eşitmək elə də bir təzə yenilik deyil.

Bu günlərdə rusiyalı endokrinoloq Zuxra Pavlova bunun pis vərdiş olduğunu danışmaqla yanaşı, bunun pis nəticələrdən də danışıb.

Həkimin sözlərinə görə, nahardan sonra uzanmaq qəti qadağandır.

“...Bu yolla biz hiatal yırtıq kimi xoşagəlməz bir şeyə səbəb oluruq” deyən həkim, özofagusun aşağı hissələrinin və mədənin yuxarı hissələrinin diafraqmanın üstündəki sinə boşluğuna keçə biləcəyini izah edib.

Pavlova əlavə edib ki, yırtıq ürək yanması, gəyirmə, hıçqırıq, qusma, döş qəfəsində ağrı, taxikardiya, ürəkdə ağrı, nəfəs darlığı, öskürək, yeməkdən sonra dərinin mavimsi olması və disfagiya ilə ifadə edilə bilər.

Həkim nahardan sonra oturmağı və yeməkdən yalnız iki saat yarım sonra yatmağı tövsiyə edir.

Nazlı