Ermənistan ordusunun mövqelərinin atəşə tutulması yalandır- MN

10 Sentyabr 2023 09:12 (UTC+04:00)

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə SİA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib: "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik".