Venesiya film festivalının qalibləri bəlli oldu - FOTO

10 Sentyabr 2023 07:46 (UTC+04:00)

Venesiyada baş tutmuş kinofestivalın əsas mükafatı olan “Qızıl Şir” yunan rejissoru Yorqos Lantimosun “Poor Things” (“Yazıq bədbəxtlər”) filminə verilib. SİA xəbər verir ki, mərasim Venesiya Film Festivalının “X” hesabında yayımlanıb. Qaliblərin siyahısı festivalın saytında dərc olunub.