"Adım Farah" serialına yeni aktrisa daxil olacaq - FOTO

10 Sentyabr 2023 04:45 (UTC+04:00)

"Adım Farah" serialına yeni aktrisa daxil olacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Esra Kutlubey rol alacaq.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "İyilik" serialında mənfi obraza həyat vermişdi.