Məşhur aktyor vəkilin pulqabısını oğurladı

10 Sentyabr 2023 02:39 (UTC+04:00)

Məşhur aktyor Adanada vəkilin pulqabısını oğurlayıb. SİA xəbər verir ki, oğurluq anlarını təhlükəsizlik kamerası qeydə alıb.

Ankarada 4 ildir vəkillik edən Yunus Levent Küfdür qohumunun toyunda iştirak etmək üçün getdiyi Adanada pulqabısının oğurlanması onu şok yaşayıb. Toydan sonra Ankaraya qayıtmaq üçün Adana Hava Limanına gedən Küfdür təhlükəsizlik məqsədi ilə pulqabısını "X-Ray" cihazının qutusuna qoyub.

Bu zaman qarşısında olan aktyor Ulaş Ünal onun qutusuna düşən pulqabını götürüb çantaya qoyub və sürətlə uzaqlaşıb.

Küfdür bir neçə dəqiqə ərzində pul kisəsinin oğurlandığını anlayıb.

Oğurluq hadisəsi ilə bağlı 4 nəfər saxlanılıb. Pulqabının isə hələ də tapılmadıöı, oğurlayan şəxslərin onu hara atdıqlarını bilmədikləri qeyd edilib.