Murat Dalkılıçın yeni eşqi ortaya çıxıb

9 Sentyabr 2023 12:43 (UTC+04:00)

40 yaşlı müğənni Murat Dalkılıç yeni sevgiyə yelkən açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dostları ilə getdiyi şam yeməyində çəkdirdiyi fotonu 2 milyon izləyicisi olan “İnstaqram” səhifəsində hekayələr bölməsinə yerləşdirən Dalkılıç daha sonra yanındakı sarışın gözəllə əl-ələ tutduğu kadrı paylaşıb. Adı Eda kimi tanınan sirli sarışının nə işlə məşğul olduğu hələlik məlum deyil.