Böyük sevgi bitdi

9 Sentyabr 2023 10:06 (UTC+04:00)

Şəxsi həyatı ilə tez-tez gündəmi zəbt edən müğənni İrem Derici son aylarda özündən 7 yaş kiçik olan idmançı və keçmiş Survivor yarışmacısı Atakan Işıktutanla eşq yaşayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, evlənəcəyi gözlənilən cütlükdən bəd xəbər gəlib. İrem Derici Atakan Işıktutandan ayrıldığını açıqlayıb: “Atakanla gözəl 8 ay keçirdik, o mənim üçün hələ də dünyanın ən qiymətli insanıdır. Amma biz inanılmaz dərəcədə gərgin templərdə işləyirik və yorğunuq. Bir-birimizə vaxt ayıra bilmirdik. Yorulmamaq və sonra daha da qırılmamaq üçün ayrılmağımızın uyğun olacağını düşündük. Mənə heç vaxt yaşamadığım sevgini bəxş etdiyi üçün təşəkkür edirəm”.