Episentri Kahramanmaraşda olan zəlzələlərdə ziyan görən Qaziantep qalası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilir.
SİA-nın əldə etdiyi məlumata görə, fevralın 6-da baş verən zəlzələlər nəticəsində şəhərin simvolik strukturlarından biri olan Qaziantep qalasının bürc və daxili hissələri zədələnib.
Tarixi Əsərlər və Abidələr Müdirliyi tərəfindən bərpa tenderi edildikdən sonra qruplar işə başlayıb və söküntü nəticəsində qalanın kənarına səpələnmiş daşları götürürlər.
Daşlar, kitabələr və yazılar da daxil olmaqla qruplar tərəfindən təsnif edilir və təkrar istifadə üçün Zeuqma Mozaika Muzeyinin anbarında mühafizə edilir.
Qaziantep Muzeyinin direktoru Özgür Çomak bildirib ki, zəlzələlərdən sonra şəhərdə araşdırılan ilk tikili Qaziantep qalası olub. Çomak, zəlzələlərdən sonra qala ətrafında tədbir gördüklərini söyləyib.