Soçidə iki gənc qadın bir gecədə polis bölməsində saxlanılıb və hər ikisinə LGBT təbliğatı ittihamı ilə protokol tərtib edilib.
SİA-nın əldə etdiyi məlumata görə, səbəb onların çay kənarındakı skamyada şərab içib bir-birlərini öpməsi olub. Saxlanılanların özləri eynicinsli cütlük və LGBT icması ilə heç bir əlaqəsinin olmadığını bildiriblər.
Rus saytları xəbər verir ki, söhbət Soçiyə istirahətə gələn moskvalı Alina Milova və onun rəfiqəsi Veronika Mixaylovadan gedir.
Deyilənə görə, Milova Moskvada model kimi karyera qurur, Mixaylova Soçidə aşpaz işləyir.
Milovanın dediyinə görə, rəfiqəsi ilə aparıldığı polis şöbəsində əvvəlcə saxlanmanın necə rəsmiləşdirilməsini bilmirdilər.
...Biz Soçidə polis idarəsində belə bir maddə ilə ittiham olunan ilk şəxs olduq.
Bunu da Milova deyib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Vladimir Putin “qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsiyyətin dəyişdirilməsinin təbliğini” qadağan edən qanun imzalayıb.
2013-cü ildən Rusiyada yetkinlik yaşına çatmayanlar arasında təbliğat qadağan edilib, 2022-ci ildən bu qadağa yaşından asılı olmayaraq bütün ruslara şamil edilir. Əslində, qanun homoseksuallığın və transseksuallığın mənfi kontekstdən başqa istənilən kontekstdə müzakirə edilməsinə tabu tətbiq etdi.
Sentyabrın 1-dən dövlətin təbliğatını müəyyən edən yeni meyarlar qüvvəyə minib. Onlar qanunda son dərəcə qeyri-müəyyən şəkildə yazılıb.
Yeri gəlmişkən Rusiyada və xaricdə hüquq müdafiəçiləri dəfələrlə qanunu ayrı-seçkilik kimi tənqid ediblər.
Nazlı