İspaniyanın Alikante, Poniente və Benidorm kurortlarında əvvəllər zərərsiz hesab edilən balıqların insanlara hücumu halları qeydə alınıb. Deyilənlərə görə, qara quyruqlu oblada adlandırılan balıqlar artıq 15-dən çox turisti dişləyib.
Balığın dişlədiklərinin əsasən yaşlı insanlar olduğu bildirilir.
“İnformacion.es” portalının məlumatına görə, Aralıq dənizində havanın temperaturunun artması səbəbindən dərin dəniz balıqlarının artıq qidası qalmayıb və onlar sahilə yaxınlaşırlar.
SİA-nın əldə etdiyi məlumata görə obladanın dişlədiyi yerlərdə kiçik yaralar və ya siğillər əmələ gəlir.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Nyu-Yorkda çimərlikdə köpək balığının qadının ayağını dişlədiyi bildirilirdi.
Nazlı