Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Təcili yardım şöbəsinin təcili yardım həkimi Ceyhun Əliyevi Sizə təqdim edirik. SİA xəbər verir ki, dr.Ceyhun Əliyev 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. 2006-2007-ci illərdə Kliniki Tibbi Mərkəzdə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 2009-cu ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim-stajor kimi başlayan Ceyhun həkim 2 il sonra - 2011-ci ildən 2016-cı ilə qədər Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim işləmiş, 2016-cı ildən 2023-cü ilin sentyabr ayına qədər isə həkim-anestezioloq-reanimatoloq kimi çalışıb.
Dr.Ceyhun Əliyev işlədiyi sahədə bilik və bacarıqlarını həvəslə zənginləşdirir, dünya ölkələrində səhiyyənin ən son nailiyyətləri ilə maraqlanır və öz təcrübəsinə tətbiq etməyə çalışır, özünə qarşı tələbkar yüksəkixtisaslı mütəxəssisdir.
8 sentyabr 2023-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsində təcili yardım həkimi kimi fəaliyyətə başlamış Dr.Ceyhun Əliyevi təbrik edir və ona gələcək işlərində uğurlar diləyirik!