Amerikalı aktyor Denni Masterson iki qadına təcavüz etdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib və bu cəzanın ən azı 30 ilini çəkəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə boyu danışmayan Masterson hökm elan olunarkən həyat yoldaşı ilə birlikdə göz yaşlarını saxlaya bilməyib. Cəza elan edildikdən sonra Masterson həbs edilib.
2001-2003-cü illər arasında üç qadın şöhrətinin zirvəsində olan Mastersondan şikayətçi olub. Qadınlar cinsi təcavüzə məruz qalmazdan əvvəl onlara narkotik verildiyini bildiriblər. Məhkəmə nəticəsində Mastersonun bu qadınlardan ikisinə təcavüz etdiyi qərara alınıb.