8 sentyabr - Dünya Fizioterapiya Günüdür

8 Sentyabr 2023 10:55 (UTC+04:00)

Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib. Bu gün həmin konfederasiyanın 1951-ci ildə yaradıldığı gündür. Fizioterapiya bir çox xəstəliklərin profilaktikasında, ümumi müalicə kursunda, ürək damar, tənəffüs, şəkər xəstəliklərinin müalicəsində çox gözəl vasitədir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin tibb personalı bir çox xəstəliklərin profilaktikasında və müalicəsində, xroniki ağrılar kimi müxtəlif vəziyyətlərdə fizioterapiya prosedurlarını tətbiq edərək müxtəlif xəstəliklərin inkişaf etməsinin qarşısını alır və pasiyentlərin sağalmasında yüksək nəticələr əldə edirlər.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli elektroforez, elektrostimulyasiya, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, traksion dartma, darsonval, vakuum ilə müalicə, maqnitoterapiya, impuls tokları ilə müalicə kimi metodlardan istifadə etməklə hər il yüzlərlə xəstələrin müalicəsini həyata keçirirlər. Bu gün onların peşə bayramıdır.
Bu peşə sahiblərini Fizioterapiya Günü münasibətilə təbrik edir, insanların sağlamlığı naminə gördükləri işlərində uğurlar diləyirik!