Zaur və Günayın suyun altında görüntüləri yayıldı - VİDEO

8 Sentyabr 2023 03:47 (UTC+04:00)

Aparıcı Zaur Baxşəliyev xanımı və həmkarı Günay Baxşəliyeva ilə bağlı sosial şəbəkədə paylaşım edib. SİA xəbər verir ki, aparıcı dayvinq zamanı çəkilən görüntülərini izləyiciləri ilə bölüşərək xanımının doğum gününü təbrik edib: "Yeni yaşın xoş gəldi. Günüm, ayım, Günayım! Sən hər şeyin ən yaxşısına layiqsən. Biz səninlə çox şeyləri əl-ələ verib aşdıq, aşırıq, aşacağıq da inşAllah. Allah səni mənə, balalarıma çox görməsin. Həmişə belə sadə, səmimi qal.

Səni hər kəs məhz bu xarakterinə görə sevib. Yeni yaşında sualtı fobiyanı da geridə qoyduq. Yanımızdan nə qədər balıq üzüb keçdi, ancaq ən böyük balıq (bürcü nəzərdə tutur) sənin qəlbindədir. O səni hər zaman sevəcək. Nə yaxşı ki, doğulmusan".