“Survivor All Star 2024” yarışmasının ikinci iştirakçısı BƏLLİ OLDU - FOTO

7 Sentyabr 2023 15:47 (UTC+04:00)

“Survivor All Star 2024” yarışmasının ikinci iştirakçısı bəlli olub. SİA xəbər verir ki, bu, Nagihan Karaderedir. Bu barədə layihə rəhbəri Acun Ilıcalı instaqramda bildirib.

“SMS yoxdur, meydan sənindir. Baxaq, görək”, - o, paylaşımında yazıb.

Bu, N. Karaderenin sözügedən yarışmada sayca 4-cü iştirakıdır. O, qalmaqallı iştirakçı kimi tanınır.

Xatırladaq ki, daha əvvəl “Survivor All Star 2024” yarışmasının birinci iştirakçısı bəlli olmuşdu. Bu, 2012-ci ildə yarışmanın qalibi olmuş Nihat Altınkayadır.