Qanunsuz erməni silahlılarının növbəti təxribatının qarşısı alınıb

7 Sentyabr 2023 12:15 (UTC+04:00)

Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda bildirilib.