"My.gov.az" platformasının yeni versiyası ilin sonuna kimi istifadəyə veriləcək

7 Sentyabr 2023 11:37 (UTC+04:00)

"My.gov.az" platformasının yeni versiyasının ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yenilənmiş "mygov" platforması ilə bağlı işlər yekunlaşmaq üzrədir: "Hazırda yalnız 45 faiz xidmətlər rəqəmsal hökumət platformasında birləşdirilib. Əksər xidmətlərə əlçatanlıq olmadığı üçün yenilənmə aparılır. Bir platformaya cəmləşmə gedir".