Məşhur serialın yeni heyəti AÇIQLANDI

7 Sentyabr 2023 07:11 (UTC+04:00)

Məşhur türk serialı "Teşkilat"ın heyətinə növbəti mövsümdən yeni aktyorlar qatılacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarp Levendoğlu və Selin Gençdən sonra TRT-nin fenomen serialına daha bir aktyor qatılıb.

Tuğçe Açıkgöz bir müddət əvvəl Tims&B-nin imzaladığı serialın heyətinə qatılıb. Aktrisa maraqla gözlənilən serialda "Gizem" obrazını canlandıracaq.