ABŞ-ın Florida ştatında üç ayaqlı əlil ayı yaşayış binasına daxil olaraq soyuducudakı spirtli içkiləri içib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Post” yazıb.
Qeyd edək ki, hadisə Meri gölündə baş verib. Ayı örtülü eyvana sürünəndə evdə yalnız ev sahiblərinin 13 yaşlı oğlu olub. Oğlan pəncərədən baş verənləri lentə almağı bacarıb.
Oğlanın dediyinə görə, üçayaqlı ayı birbaşa minibara gedib və orada spirtli kokteyllər taparaq onlardan bir neçəsini içib.
Amma heyvanın bütün spirti içməyə vaxtı olmayıb. Belə ki, həyətdəki itin hürməsi onu qorxudub və o “içki məclisi”ni yarımçıq kəsərək aradan çıxıb.
Nazlı