Avropanın smartfon bazarı 12 il geriyə düşüb?

6 Sentyabr 2023 23:44 (UTC+04:00)

Avropanın smartfon bazarı ağır zamanlardan keçməyə davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Counterpoint Research adlı analitik şirkətin məlumatlarına əsasən Avropada smartfon təchizatı 11 il bundan öncəki minimuma enib. 2023-cü ilin ikinci rübü növbəti eniş ilə yekunlaıb. Avropanın smartfon bazarı 2022-ci ilin eyni müddət aralığı ilə müqayisədə 12 faiz, 2012-ci ilin eyni müddət aralığı ilə müqayisədə isə 6% ixtisar olunub. Bununla belə Qərbi Avropa vətəndaşları Şərqi Avropa vətəndaşlarından fərqli olaraq daha az smartfon əldə ediblər.

Qərbi Avropada satışlar 14 faiz, Şərqi Avropada satışlar isə 8 faiz aşağı düşüb. Bazarın lideri kimi Samsung şirkəti qalır. Onun Avropa bazarındakı pay dəyəri 33 faiz təşkil edir. Samsung-da satışların yüksəlməsinə baxmayaraq onun smartfon təchizatları 8 faiz aşağı düşüb. Apple 23 faizlik göstərici ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 20 faizlik göstərici ilə Xiaomi tutub. Realme siyahıda olan yeganə şirkətdir ki, Avropa bazarında təkcə pay göstəricisini deyil, həmçinin smartfon təchizatlarını da artıra bilib.