"Animasiya filminin inkişafı nazirliyin qarşısında duran prioritet məsələlərdəndir" - QURUM RƏSMİSİ BİLDİRDİ

6 Sentyabr 2023 19:26 (UTC+04:00)

"Animasiya filminin inkişafı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Artıq 6-cı dəfədir ki, Azərbaycanda Animafilm festivalı keçirilir. Sağlam gələcəyin yetişdirilməsində animasiya filminin inkişafı olduqca böyük əhəmiyyətə malikdir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov jurnalistlərə açıqlamasında deyib.

"Festival bayram əhval-ruhiyyəsi və Azərbaycan kinosunun inkişafı üçün yeni mərhələnin başlanğıcı deməkdir. Bu, hər bir festivala aiddir. Çünki festivallar şərait yaradır ki, yeni ideyalar əldə olunsun, layihələrin həyata keçirilməsi üçün tərəfdaşlarla danışıqlar aparılsın. Sevindirici haldır ki, bunların hamısı Animafilm festivalı çərçivəsində baş verir",- deyə o əlavə edib.

Ləman Sərraf