İspaniyalı futbolçu Cennifer Hermoso futbol federasiyasının prezidenti Luis Rubialesin dünya çempionatının finalında öpüşünə görə prokurorluğa şikayət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN İspaniya prokurorluğunun nümayəndəsinə istinadən xəbər verir.
Prokurorlar avqustun 28-də Rubialesə qarşı istintaqa başlayıb və “onun cinsi təcavüz cinayətinin qurbanı kimi hüquqları barədə məlumat verəcəklərini” vəd ediblər. Təbii ki, bununla bağlı Hermoso ilə əlaqə saxlanılacaq.
İspaniyanın ədliyyə sistemində şikayət vermək Rubialesə qarşı iş açmaq üçün tələb olunan addımlardan biridir...
Qeyd edək ki, bundan əvvəl FİFA intizam icraatı zamanı Luis Rubialesi futbol fəaliyyətindən uzaqlaşdırmışdı.
Xatırladaq ki, bu, İspaniyanın mükafatlandırma mərasimi zamanı qadınlar arasında Dünya Kubokunu qazandıqdan sonra Rubialesin Hermoso ilə öpüşməsindən sonra başlayıb. Onu da xatırladaq ki, Rubiales üzr istəyib və öpüşün razılıq əsasında olduğunu bildirmişdi.
Amma Hermoso bu ittihamı rədd edib və bunun ona qarşı hörmətsizlik olduğunu bildirib. Onun sözlərinə görə, federasiya qalmaqaldan dərhal sonra Rubialesə dəstək nümayiş etdirmək üçün ona və ailəsinə də təzyiq edib...
Prokurorlar bildiriblər ki, keçən il qəbul edilmiş cinsi razılıq qanununa əsasən, Rubialesə günahı sübuta yetirilərsə, onu cərimə və ya bir ildən dörd ilədək həbs cəzası gözləyir...
Ağasəf Babayev