“Steam layihəsində 180 mindən çox şagird iştirak edib” - NAZİR

6 Sentyabr 2023 16:36 (UTC+04:00)

“İndiyə kimi Steam layihəsində 180 mindən çox şagird və 400-dək məktəb iştirak edib”. SİA xəbər verir ki, bu sözləri media üçün brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, "SAF2022" festivalında 7 müxtəlif ölkədən 127 iştirakçı olmaqla ümumilikdə 1500 şagird iştirak edib: “Bu il isə daha çox şagirdin iştirakı nəzərdə tutulub. Bu ilin noyabr-dekabr aylarında növbəti dəfə festival baş tutacaq”.