“Son 3 ildə 275 yeni məktəb tikilib. Bunun nəticəsində isə qəzalı məktəblərin sayı 30 faiz azalaraq, 654-ə endirilib”. SİA xəbər verir ki, bu sözləri media üçün brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, məktəblərin tikilməsi məsələsində Heydər Əliyev Fondunun xüsusi rolu var: “Qeyd edim ki, təmir edilən qəzalı məktəblər içərisində xeyli sayda kiçik məktəblər var”.