“Fransa Güney Qafqazda Ermənistanın vasitə ilə öz mövqelərini möhkəmləndirmək istəyir və birdəfəlik regionda oturmağa çalışır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrət bildirdi ki, məsələnin Fransa üçün ürəyi açmayan tərəfi ondan ibarətdir ki, düzgün həlqəni sevməyiblər: “Ermənistan Güney Qafqazın ən zəif həlqəsidir. Güney Qafqazda Ermənistanın hər hansı həlledici rolu yoxdur. Yaxud da ki, bölgəmizdə baş verən proseslərə Ermənistanın təsiri imkanları hamıdan azdır və bir çox hallarda isə ümumiyyətlə yoxdur. Bu baxımdan, Fransanın seçimi strateji baxımdan yanlışdır. Əgər onlar doğrudan da bir dövlət olaraq Güney Qafqazda özlərinin mövqelərini möhkəmləndirmək istəyirlərsə, bunu her şeydən öncə Azərbaycanın vasitəsilə etməli, Azərbaycanla anlaşmalı idilər və Azərbaycanla normal münasibətlər qurmaqla etməli idilər. Amma bunu etmirlər. Bacı dedikləri Ermənistanla etməyə çalışırlar və hər dəfə də burunları ovularaq geri oturdulurlar”. A.Həsrət xatırlatdı ki, 2020-ci ilin 44 günlük Vətən savaşı günlərində də Fransa və onun prezidenti hədlərini aşan açıqlamalar verirdilər: “Yəni, Ermənistan açıq desək verirdilər. Azərbaycan dövləti və Prezidenti onlara yerini göstərdi. Müharibənin sonuna doğru Fransa yumuşalmaq məcburiyyətində qaldı və müharibə bitəndən sonra da ümumiyyətlə, quzu balasına döndü. Aradan üç ilə yaxın müddətdə vaxt keçib və Fransa imkanlarının əldən çıxdığının fərqindədir və düşmürlər ki, Ermənistana bu və ya digər şəkildə yaxınlıq etməklə Azərbaycanı küncə sıxışdıra bilərlər. Bu isə onların ağılsızlıqlarının və strateji uzaqgörənliklərinin olmamasından xəbər verir. Zatən Azərbaycan dəfələrlə Fransa prezidentinin də elə dövlət siyasətinin də burnunu ovub, geri püskürdüb. İndi bunlar həmin səhvlərdən doğrudanmı nəticə çıxarmırlar? Belə anlaşılır ki, nəticə çıxarmırlar. Makronun İrəvana səfərini mənə elə gəlir ki, bu söylədiklərimin donunda dəyərləndirmək lazımdır. Yəni Makron düşünür ki, Ermənistana gələrsən və İrəvanda görünərsə bununla bu və ya digər şəkildə Ermənistana dəstək vermiş olacaq. Onun İrəvana səfəri Azərbaycanın mövqeyini dəyişəcəkmi? Təbii ki, dəyişməyəcək. Ermənistan bizimlə güc yolu ilə danışmağa çağırışlar edəcəyi təqdirdə, məgər Azərbaycan onun qarşısından geri çəkiləcək? Əlbəttə geri çəkilməyəcək. Fransa ordusunu Ermənistana gətirəcək? Əlbəttə gətirə bilməyəcək. Yəni bütün bu faktorlar mənə elə gəlir ki, Fransa dövlətini idarə edən Makron başda olmaqla siyasiləri düşündürməlidir. Amma təəssüflər olsun ki, onların bu cür düşünmək üçün təcrübələri, bilikləri yetərli deyil ki, eyni səhvləri yenə də təkrarlayırlar”.