Məşhur müğənni xəstəxanaya aparıldı

6 Sentyabr 2023 09:47 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Nazan Öncel təcili xəstəxanaya aparıldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, serum müalicəsi aldığını dilə gətirən Öncel siqareti atdığını da açıqlayıb: “Siqaret düşmənlə sevişmək kimi bir şeydir. İsti havalar da təzyiqimi 22 dərəcəyə çatdırdı. Qəfil huşumu itirdim. Təcili xəstəxanaya getdik, zərdab müalicəsi yazdılar. Mən isə siqaretlə vidalaşmalı oldum”.