Sinan Akçıl şok qiymətə yeni avtomobil alıb - FOTO

6 Sentyabr 2023 06:38 (UTC+04:00)

Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Tesla" markasına məxsus maşınına 3.2 milyon lirə ödəyib.

Qeyd edək ki, Akçıl "TOGG" markasına məxsus avtomobilə sahib olmaq üçün 2 maşınını satmışdı. Ancaq sənətçi nəqliyyat vasitəsini təhvil alana kimi maşınsız qalmamaq üçün "Tesla"nı alıb.