Xəbər verdiyimiz kimi, ötən ayın sonunda aparıcı-prodüser Tarix Əliyev (Tolik) əməliyyat olunub. SİA xəbər verir ki, artıq çəkidən xilas olmaq üçün liposaksiya etdirən aparıcı əməliyyatdan sonrakı halını sosial şəbəkədə paylaşaraq bunları yazıb: "Avqustun 26-da əməliyyat olunmuşam. Hələlik bədənimdə şiş var. Fotonu Amerikada olanda çəkdirmişəm. Fərq göz önündədir".
Qeyd edək ki, Tarix Əliyevdən əməliyyat zamanı 10 litr piy sovrulub.