Gipsy Kings bu il ikinci dəfə Türkiyədə konsert verəcək

5 Sentyabr 2023 21:33 (UTC+04:00)

Məşhur Latın musiqi qruplarından olan Gipsy Kings bu il ikinci dəfə Türkiyədə konsert verəcək.

SİA xəbər verir ki, mövzu ilə bağlı verilən açıqlamaya görə, dünyaca məşhur qrup, qurucularından biri olan Andre Reyesin rəhbərliyi ilə sentyabrın 19-da İstanbul Zorlu PSM-də səhnəyə çıxacaq.

Piu Entertainment və Zorlu PSM-in təşkil edəcəyi konsertdə qrup xüsusilə "Djobi Djoba", "Bamboleo", "Baila Baila", "La Dona", "No Volvere", "Bem Bem", "Maria", "Volare" və "Un Amor" əsərləri daxil olmaqla sevilən mahnılarını səsləndirəcək.

Qeyd edək ki, Gypsy Kings iyunun 17-də digər qurucu Nikolas Reyesin rəhbərliyi ilə İstanbul Volksvagen Arenada, iyunun 18-də isə Ankara Konqresiumunda konsert verib.

Latın musiqisinin aparıcı nümayəndələrindən biri kimi tanınan qrupun albomları dünyada 60 milyondan çox satılıb.