"Ha qadan alım, rus ayısı..."

5 Sentyabr 2023 19:59 (UTC+04:00)

Bu arada hərbi hissənin ərazisində dolaşan ayı Novosibirsk vilayətində səs-küyə səbəb olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yırtıcı ilk dəfə sentyabrın 3-də Çerepanovski rayonunda Bezmenovo stansiyasının yaxınlığında görünüb.

Məsələdən xəbərdar olan yerli valideynlər ayı hücumundan qorxaraq uşaqlarını məktəbə buraxmağı dayandırıblar.

Ayı ilə bağlı yaranmış vəziyyətlə əlaqədar kənd sakinlərinə meşəyə və ətraf ərazilərə səfərlərini məhdudlaşdırmaq tövsiyə olunub.

Qeyd edək ki, bir müddət sonra ayı dəmiryol vağzalında görünüb. Çərşənbə günü, sentyabrın 6-da heyvanın məhv edilməsinə icazə alındıqdan sonra onun axtarışlarına başlanılması planlaşdırılır.

Nazlı