ASAPES qəbul planını 99.9% doldurub - FOTOLAR

5 Sentyabr 2023 16:38 (UTC+04:00)

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyat prossesi başlayıb. SİA xəbər verir ki, 5 sentyabrdan etibarən 2023/2024-cü tədris ilində l kursa qəbul olunmuş tələbələrin qeydiyyatı başlanılıb. Akademiya 1748 nəfər yeni tələbəsini qəbul etməklə qəbul planının 99.9% doldurmağa nail olub.

Qeyd edək ki, qeydiyyat prossesi 14 sentyabr 2023-cü il tarixində başa çatır.