Türkiyənin tanınmış aktyoru dünyasını dəyişib

5 Sentyabr 2023 13:48 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Mehmet Ulay Almaniyada dünyasını dəyişib. SİATürkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı sənətçi ağciyər xərçəngindən vəfat edib.

Aktyor sonuncu dəfə “Məhkum” serialında rol alıb.

Ulay, həmçinin Türkiyə ilə yanaşı Almaniya, ABŞ-də teatr üzrə tətqiqatçı, İngiltərənin “Oldwick Theater” teatrında da çalışıb.