“Azərbaycan mədəniyyətinə qayğı, tarixi irsimizə, etno-kultural dəyərlərimizə sayğı ilə münasibət Azərbaycan dövlətinin daxili siyasətində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin bu məsələlərlə bağlı onlarla sərəncamı olub. Hörmətli vitse-prezident Mehriban xanım Əliyeva da daim öz fəaliyyətində mədəniyyətin, tarixi abidələrimizin qorunması və dünya üzrə tanıdılmasında çox mühüm işlər görür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Prezidentin "Xınalıq və Köç yolu" ilə bağlı verdiyi sərəncam da görülən işlərin məntiqi davamıdır: “Şübhəsiz ki, Azərbaycanın köç həyatı və bu həyatın davamiyyətinin olması bizim çox vacib mədəni sərvətlərimizdən biridir. Aran, dağ, köç mədəniyyətinin bu gün də yaşaması çox vacibdir. Bu mənada həmin insanlar həyatlarının bir qismini dağda, bir qismini aranda, bir qismini isə yollarda keçririlər. Təbii ki, illər ərzində onların həyat izləri də ərazilərdə öz əksini tapır.
Köç yolunun ətrafındakı örüş, kurqanlar və s. qorunub, gələcək nəslə çatdırılması çox ciddi məsələdir. Ölkə başçısının sərəncamı ilə belə bir qoruğun yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gələn turistlərin də diqqətini cəlb edəcək bu yerlərin gələcəkdə turizm əhəmiyyəti də artmış olacaq”.