Məşhur aktrisanın fotoşopsuz halı səs-küy yaratdı

5 Sentyabr 2023 11:04 (UTC+04:00)

Türk aktrisa Demet Özdemir bu il Venesiya Film Festivalı çərçivəsində keçirilən 21-ci Kineo Mükafat Mərasimində "Beynəlxalq Ən Yaxşı Qadın Oyunçu" mükafatını alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mükafat gecəsinə qatılan Özdemir dünyaca məşhur brendin qara yarıqlı paltarını geyinib.

Mükafatını almadan əvvəl məşhur fransız fotoqrafı Nicolas Gerardin üçün Venesiya küçələrində və qondolada poza verən məşhur sima bu fotoları “İnstaqram” hesabından paylaşıb. Paylaşılan fotolardan sonra Özdemirin filtrsiz və fotoşopsuz halı sosial şəbəkədə səs-küyə səbəb olub.