Rusiyalı terapevt və dietoloq Marqarita Koroleva, çoxlarının sevdiyi xamanın bəzi insanların sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, bu fermentləşdirilmiş süd məhsulu qaraciyər, eləcə də öd kisəsi xəstəliklərindən əziyyət çəkənlərin qida rasionundan xaric edilməlidir.
“Xama böyük həcmdə yağlı qidalar qəbul etməyə hazır olmayan mədə-bağırsaq traktına ağır yük ola bilər”.
SİA bunu rusiyalı həkimdən sitat kimi gətirir.
Bundan əlavə, laktozanı həzm edə bilməyən insanlar xama yeməməlidirlər: onlarda belə qidalanma gizli iltihabi prosesləri, bəzi hallarda isə bədənin otoimmün reaksiyasını təhrik edə bilər.
Nazlı