Azərbaycanda qiymətləri ən çox artan məhsullar - Siyahı
4 Sentyabr 2023 14:16 (UTC+04:00)
2023-cü ilin yanvar-iyul aylarında tərəvəz qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28.4%, hava nəqliyyatı ilə sərnişin daşınması xidmətlərinin qiyməti isə 23.7% artıb.
Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında illik inflyasiya dərmanlarda 17.8%, ət və ət məhsullarında 15.6%, ərzaq məhsulları, içkilər, tütün məhsullarında isə 14.3% təşkil edib.
| Məhsullar |
Qiymət artımı illik müqayisədə |
| Tərəvəzlər |
28.40% |
| Hava nəqliyyatı ilə sərnişin daşınması |
23.70% |
| Dəftərxana ləvazimatları |
18.90% |
| Dərmanlar |
17.80% |
| Zinət əşyaları |
16.40% |
| Çay, qəhvə və kakao |
15.70% |
| Ət və ət məhsulları |
15.60% |
| Ərzaq məhsulları, içkilər, tütün |
14.30% |
| Çörək və çörək məmulatları |
14% |
| Mebel və ev əşyaları |
12.10% |
| Avtomobillərin təmiri |
11.60% |
|
|