Mədəniyyət Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq rəqabətliliyin artırılması məqsədilə “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsinin son müraciət tarixini uzadıb.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir. Müsabiqə qaliblərinin adları 2023-cü il oktyabr ayının 31-də elan olunacaq.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 2023-cü il oktyabrın 10-dək onlayn şəkildə təqdim edə bilərlər.
Yekunda ən çox bal toplamış ilk üç namizəd Nazirlik tərəfindən mükafatlandırılacaq. Mükafatlandırma aşağıdakı qaydada nəzərdə tutulub:
I yer – 6 000 AZN
II yer – 3 000 AZN
III yer – 1 000 AZN
Müsabiqə haqqında ətraflı məlumatı linkvasitəsilə əldə etmək mümkündür.