Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilib

3 Sentyabr 2023 20:47 (UTC+04:00)

Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, açıq məkanda təşkil edilib.

Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən tədbirdə nazirlik rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri və paytaxt sakinləri iştirak edib.

Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Yekunda isə qala konserti keçirilib.