Məşhur model uğursuz plastik əməliyyatlardan sonra öldü - FOTOLAR

3 Sentyabr 2023 07:09 (UTC+04:00)

Argentinalı model və aktrisa Silvina Luna vəfat edib. SİA xəbər verir ki, 43 yaşlı model etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib.

Estetik əməliyyatlardan sonra qəfildən səhhəti pisləşib və 3 ay xəstəxanada yatmalı olub. Orada müalicələr alan modelin vəziyyəti daha da ağırlaşıb və o palatadan reanimasiyaya yerləşdirilib. Həkimlər Silvinanın yaxınlarına onun öləcəyini deyiblər. Bundan sonra onu süni tənəffüs aparatından ayrıblar. Luna 2010-cu ildə ombasına metakrilat yeridildikdən sonra xroniki böyrək çatışmazlığndan əziyyət çəkirdi.