Afra Saraçoğlu sevgilisi haqqında danışmaqdan imtina etdi

3 Sentyabr 2023 06:12 (UTC+04:00)

"Yalı çapkını" serialında baş rolu ifa edən aktrisa Afra Saraçoğlu sevgilisi, eyni zamanda layihədəki tərəf müqabili Mərd Ramazan Dəmir haqqında danışmaqdan imtina edib. SİA xəbər verir ki, münasibətlərini uzun müddət gizli saxlamağa çalışan aktrisa dünən müğənni Melike Şahinin konsertində iştirak edib. Konsertdən öncə jurnalistlərin suallarını cavablandıran aktrisa Melike Şahinin ifalarını çox bəyəndiyini deyib.

Afra Saraçoğlu sevgilisi Mərd Ramazan Dəmirlə bağlı verilən suallara isə cavab verməkdən imtina edib:

"Təşəkkür edirəm, bu vaxta qədər cavab vermədim, bundan sonra da cavab verməyəcəm", - deyərək Afra ordan uzaqlaşıb.